"iPhone"-u sürətləndirməyin gizli üsulunu açıqlandı
Maraqlı
Apple” şirkəti iPhone-da iOS yeniləməsindən sonra indeksləşdirmə prosesinin daha sürətli başa çatması üçün bir neçə tövsiyə verib.
News24.az xəbər verir ki, “iPhone”-a yeni iOS versiyası quraşdırıldıqdan sonra indeksləşdirmə prosesi başlayır.
Bu zaman smartfon yaddaşındakı məlumatları skan edir və yeniləyir.
Proses bir neçə saat, hətta bir neçə gün davam edə bilər.
Bu müddətdə cihazın işləməsi yavaşlaya və batareya daha sürətlə tükənə bilər.
“Apple” mütəxəssisləri indeksləşdirmənin daha rahat başa çatması üçün smartfonu şarj cihazına qoşmağı və sabit Wi-Fi şəbəkəsinə bağlamağı tövsiyə ediblər.
Bundan əlavə, yeniləmədən dərhal sonra telefonu bir müddət istifadə etməmək və kənara qoymaq məsləhət görülür.
Qeyd olunub ki, indeksləşdirmə prosesi “macOS”, “iPadOS” və “Apple”ın digər əməliyyat sistemləri yeniləndikdən sonra da həyata keçirilir.
Buna görə də tövsiyələr şirkətin digər cihazlarına da aiddir.