Şirniyyata pul bibər əlavə edib yeyir - Qəribə vərdiş
Maraqlı
Türkiyənin Samsun şəhərində yaşayan 37 yaşlı Caner Özsercan qeyri-adi qidalanma vərdişi ilə diqqət çəkib.
News24.az xəbər verir ki, o, 10 ildir ki, şirniyyata, çaya, qatığa və içkilərinə acı qırmızı bibər əlavə edir.
Özsercan, xüsusilə çay və şirniyyatla pul bibərinin çox yaxşı uyğunlaşdığını iddia edərək hər kəsə bu qeyri-adi dadı sınamağı tövsiyə edib.
Onun sözlərinə görə, axşamlar həyat yoldaşı ona çay gətirəndə onun yanında pul bibəri də olur. O, gecə yatmazdan əvvəl yediyi qatığa belə acı bibər əlavə edir.
Həyat yoldaşının da bəzən ona qoşulduğunu deyən Özsercan, gününü acısız keçirmədiyini vurğulayıb.