İstifadəçilər 6 minlik manatlıq "iPhone Duo"-dan şikayətçidir
Maraqlı
“Apple” şirkətinin ilk qatlanan smartfonu “iPhone Duo”-nun sahibləri cihazın daxili ekranında barmaq izlərinin və yağlı ləkələrin tez yaranmasından şikayətlənirlər.
News24.az xəbər verir ki, ekran bir neçə dəqiqə istifadə edildikdən sonra təmiz görünüşünü itirir. Adi salfetlə ləkələri silmək də çətin olur.
Problemin əsas səbəbinin “Apple”-ın ekranın ortasındakı qatlanma izini daha az nəzərəçarpan etmək üçün tətbiq etdiyi xüsusi mat nanoteksturalı örtük olduğu bildirilir.
Bu örtük işıq əksini azaltsa da, səthindəki mikroskopik nahamarlıqlar barmaqlarda olan yağın toplanmasına şərait yaradır.
Nəticədə istifadəçilərin ekrana tez-tez toxunduğu və sürüşdürmə hərəkətləri etdiyi yerlərdə yağlı izlər daha aydın görünür. Polimer kompozitdən hazırlanmış qoruyucu təbəqə də ləkələrin adi parlaq şüşə ilə müqayisədə daha nəzərəçarpan olmasına səbəb olur.
Məlumata görə, ekranı təmizləmək üçün spirt tərkibli məhlullardan və nəm salfetlərdən istifadə etmək məsləhət görülmür. Bunun əvəzinə xüsusi cilalama salfetindən və ya keyfiyyətli mikrofibra parçadan ehtiyatla istifadə etmək tövsiyə olunur.