Koronavirus sevinc hissimizi azaldıb - Alimlər AÇIQLADI

Koronavirus sevinc hissimizi azaldıb - Alimlər AÇIQLADI Maraqlı

Kanadadan olan bir qrup alim koronavirusun (COVID-19) insana vurduğu növbəti zərəri aşkar edib.

News24.az xəbər verir ki, alimlərin gəldiyi qənaətə görə, koronavirus insanın həyata maraq duymaq, motivasiya və həzz almaq qabiliyyətinə mənfi təsir göstərə bilər.

Bu, koronavirus infeksiyasına görə beyninin dopamin sistemində baş verən dəyişikliklərlə əlaqədardır.

Mütəxəssislər bu nəticəyə COVID-19-u uzun müddət keçirmiş pasiyentlərin beyin tomoqrafiyasını araşdırdıqdan sonra gəliblər. Belə insanların beynində dopamin ötürülməsində rol oynayan marker — VMAT2 zülalının səviyyəsində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunub.

Məhz bu hormon maraq, motivasiya və zövq hisslərinin yaranmasına kömək edir.

Alimlər hesab edirlər ki, koronavirusdan sonra şikayət edilən xroniki yorğunluq, motivasiya və sevinc hissinin azalması bununla izah oluna bilər. Bununla belə, araşdırma koronavirusun dopamin sistemini dönməz şəkildə zədələdiyini tam sübut etmir.