Kosmosda gülən üz peyda oldu - Foto
Maraqlı
NASA kosmosda gülümsəyən insan üzünü xatırladan qeyri-adi görüntü paylaşıb.
News24.az xəbər verir ki, “Hubble” kosmik teleskopu tərəfindən qeydə alınan görüntüdə “SDSS J1038+4849” adlı qalaktikalar toplusu əks olunub.
Burada iki parlaq ləkə gözləri, işıq qövsləri isə gülümsəyən ağızı xatırladıb.
Alimlər bildiriblər ki, bu görüntü qravitasiya linzalanması hadisəsi nəticəsində meydana gəlib. Böyük kütləli qalaktikalar toplusunun cazibə qüvvəsi uzaq obyektlərdən gələn işığı əyərək belə maraqlı mənzərə yaradıb.
Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsi ilə izah olunan bu hadisə alimlərə uzaq qalaktikaları və kainatın quruluşunu öyrənməyə kömək edir.