Londonda qışın ortasında yamyaşıl ağac: budaqlarında isə… – Video

Londonda qışın ortasında yamyaşıl ağac: budaqlarında isə… – Video Maraqlı

Londonda qışın ən yaşıl və qeyri-adi ağacı tapılıb. Bu ağacın üzərində yarpaqlar deyil, yaşıl tutuquşular var.

News24.az xəbər verir ki, quşlar gecələmək üçün ağaclara yığılır, bu da ağaca qeyri-adi görünüş verir.

Qeyd edək ki, bu tutuquşular Hindistan və Afrikadan gəlib, Böyük Britaniyadakı zoomağazalardan və quş təsərrüfatlarından qaçaraq burada məskunalşıblar.

Yumşaq iqlim və ərazidə yırtıcıların olmaması səbəbindən onların sayı artaraq on minlərlə olub.