Marketdən pendir almayacaqsınız - Evdə özünüz hazırlayın

Marketdən pendir almayacaqsınız - Evdə özünüz hazırlayın Maraqlı

Səhər yeməyinin əvəzolunmazı sayılan pendiri ev şəraitində də hazırlamaq mümkündür. Bunun üçün isə demək olar ki, heç bir əziyyət çəkməyəcəksiniz.

News24.az ev şəraitində pendir hazırlamağın qaydasını təqdim edir:

Bunun üçün tələb olunan inqrediyentlər isə belədir:

• Süd 2,5% — 1 litr

• Xama 20% — 200 qr

• Yumurta — 3 ədəd

• Duz — 1 çay qaşığı

Hazırlanması:

Bir qaba xama, yumurta və duzu əlavə edib kütlə tam qarışana qədər çırpın.

Qalın dibli qazana südü tökün, ocağa qoyun və qaynayana qədər qızdırın.

Qaynayan südə xama-yumurta qarışığını ehmalla qarışdıraraq əlavə edin. Qarışdırmağa davam edərək orta odda daha 5 dəqiqə bişirin. Bu zaman zərdab ayrılmağa başlayacaq.

Ocaqdan götürün və 10 dəqiqə dincəlməyə qoyun.

Süzgəci iki qat tənziflə örtün və alınan kütləni süzün. Yaxşıca sıxın, forma verin. Üzərinə ağır əşya qoyub soyuducuya yerləşdirin. Pendir 5 saat və ya gecə boyu soyuducuda qalmalıdır.