Meymunların gizli bacarığı üzə çıxdı: Həndəsi fiqurları tanıyırlar

Meymunların gizli bacarığı üzə çıxdı: Həndəsi fiqurları tanıyırlar Maraqlı

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, rezus makakaları sadə həndəsi tapşırıqları dörd-beş yaşlı məktəbəqədər uşaqlar səviyyəsində həll edə bilir.

News24.az xəbər verir ki, "PNAS" jurnalında dərc olunan araşdırmaya görə, meymunlar bucaqları, simmetriyanı, paralel xətləri və əsas həndəsi fiqurları tanımaqda uşaqlarla oxşar nəticə göstəriblər. Lakin daha mürəkkəb həndəsi anlayışlar tələb edən tapşırıqlarda onların göstəriciləri zəif olub.

Tədqiqat müəllifləri hesab edirlər ki, əsas həndəsi düşünmə qabiliyyəti təlimdən deyil, təkamül prosesindən qaynaqlanır və insanların, eləcə də meymunların ortaq əcdadlarından miras qalıb.