Milyarderlərin sayı və sərvəti rekord həddə çatdı

Milyarderlərin sayı və sərvəti rekord həddə çatdı Maraqlı

Dünyada dollar milyarderlərinin sayı 8,8 faiz artaraq 2 919 nəfərə, onların ümumi sərvəti isə 13 faiz yüksələrək 15,8 trilyon dollara çatıb.

News24.az xəbər verir ki, bu barədə İsveçrənin UBS bankının dərc etdiyi “Milyarder Məqsədləri Hesabatı”nda bildirilir.

Məlumata görə, sərvət artımında əsas pay texnologiya səhmləri və maliyyə aktivlərinin qiymət yüksəlişinə düşüb. Texnologiya milyarderlərinin sərvəti 23,8 faiz artaraq 3 trilyon dollara çatıb.

Regionlar üzrə Amerika 7,5 trilyon dollarlıq sərvətlə liderdir. Asiya-Sakit okean regionunda bu göstərici 4,2 trilyon, Avropa, Yaxın Şərq və Afrikada isə 4,1 trilyon dollar olub.

Bu il milyarderlər sırasına 91 yeni nəfər qoşulub, miras yoluyla ötürülən sərvət isə 297,8 milyard dollar təşkil edib.