Patoloji qısqanclığı müəyyən etmək üçün sadə test

Patoloji qısqanclığı müəyyən etmək üçün sadə test Maraqlı

Psixiatr və psixoterapevt Anton Şestakov patoloji qısqanclığın əsas əlamətlərini açıqlayıb. Həkimin sözlərinə görə, bu vəziyyəti müəyyən etmək üçün 10 bənddən ibarət sadə testdən istifadə etmək mümkündür.

News24.az xəbər verir ki, testdə insan hər bir fikrə “heç vaxt”, “bəzən” və ya “demək olar ki, hər gün” cavablarından birini seçməlidir.

  • Eyni hadisəni dəfələrlə düşünürsünüzmü?

  • Partnyorunuzun ciblərini, telefonunu, geolokasiyasını və sosial şəbəkələrini yoxlayırsınızmı?

  • Yoxlamadan sonra qısa müddətlik rahatlıq hiss edir, daha sonra yenidən yoxlamaq istəyirsinizmi?

  • Yalnız xəyanəti təsdiqləyən detallara diqqət yetirirsinizmi?

  • Partnyorunuzun düşüncələrini danışmadan bildiyinizə inanırsınızmı?

  • Şübhələr səbəbindən sinədə ağırlıq, nəfəsin pozulması və mədədə sıxılma hissi yaranırmı?

  • Şübhələr yuxunuzun pisləşməsinə səbəb olurmu?

  • Partnyorunuzu xəyanətdə yaxalamaq üçün birbaşa danışmaq əvəzinə ona dolaşıq suallar verirsinizmi?

  • Xəyanətlə bağlı şübhələr işinizə, təhsilinizə, dostlarla ünsiyyətinizə və ya yaxınlarınıza qayğı göstərməyinizə mane olurmu?

  • Partnyorunuz izahat verdikdən sonra belə onun xəyanət etdiyinə dair sübut axtarmağa davam edirsinizmi?

Şestakovun sözlərinə görə, testin nəticəsi aşağı olduqda bu vəziyyət adi ehtiyatlılıq kimi qiymətləndirilə bilər. Daha yüksək nəticə isə narahatlığın insanın davranışlarına ciddi təsir göstərə biləcəyinə işarə edə bilər.

Psixiatr qeyd edib ki, nəticə yüksək olduqda psixoloqa müraciət etmək və ya mütəxəssisdən yardım almaq məqsədəuyğundur.

Həkim həmçinin bildirib ki, insanın fikirlərinin heç bir izahla dəyişməməsi, təqib davranışlarının və aqressiv reaksiyaların ortaya çıxması ayrıca xəbərdarlıq əlamətidir. Belə hallarda nəticədən asılı olmayaraq mütəxəssisə müraciət etmək lazımdır. (demokrat.az)