Payızda evə hörümçəklər niyə doluşur? – Sadə üsullarla qarşısını alın

Payızda evə hörümçəklər niyə doluşur? – Sadə üsullarla qarşısını alın Maraqlı

Payız aylarında hörümçəklərin evlərə daha çox daxil olmasının əsas səbəbləri qaranlıq və sakit yerlər, həmçinin evdəki digər həşəratlardır. Şkafların arxası, zirzəmi, çardaq, anbar və uzun müddət toxunulmayan qutular hörümçəklər üçün ideal sığınacaq sayılır.

News24.az xəbər verir ki, onların evə daxil olmasının qarşısını almaq üçün pəncərə və qapılardakı çatları bağlamaq, zədələnmiş torları dəyişmək və evdəki həşəratları aradan qaldırmaq tövsiyə olunur. Evin ətrafında divarlara yaxın yığılmış odun, tikinti materialları və hündür otlar da təmizlənməlidir.

Mütəxəssislər evdə müntəzəm təmizlik aparmağı, xüsusilə mebel arxasında və künclərdə hörümçək torlarını təmizləməyi məsləhət görürlər. Hörümçək artıq otaqdadırsa, onu stəkan və karton vasitəsilə tutaraq çölə buraxmaq, əlçatmaz yerlərdə isə tozsorandan istifadə etmək mümkündür.