Pələng kişini öldürüb ayaqlarını yedi

Pələng kişini öldürüb ayaqlarını yedi Maraqlı

Hindistanın Qadçiroli dairəsində 45 yaşlı fəhlə Balu Vittal pələngin hücumuna məruz qalaraq ölüb.

News24.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Məlumata görə, kişi meşəyə yabanı göbələk toplamaq üçün gedib.

Ailəsi uzun müddət geri dönməyən kişidən narahat qalıb və qonşuların köməyi ilə onun axtarışına başlayıb.

Axtarılan şəxsin ayaqları olmayan cəsədi tapılıb.

İlkin ehtimala görə, kişiyə pələng hücum edib.

Onun ayaqlarından biri cəsəd qalıqlarından təxminən 12 metr aralıda aşkarlanıb. Digər ayağın isə yırtıcı tərəfindən yeyildiyi ehtimal olunur.

Hadisə yerli sakinlər arasında ciddi narahatlıq yaradıb.