10 il solariuma getdi, dəri xərçəngindən öldü
Maraqlı
Böyük Britaniyada 10 il solariuma gedən qadın dəri xərçəngindən vəfat edib.
News24.az xəbər verir ki, Çelsi Tantum 15 yaşından solariumdan istifadə edib.
28 yaşında ona melanoma — dəri xərçəngi diaqnozu qoyulub.
Xəstəlik onurğa sütununa, ağciyərlərə, qaraciyərə və digər orqanlara yayılıb.
Qadın 29 yaşında dünyasını dəyişib.
Çelsi xəstəliyi aşkarlandıqdan sonra solariumlardan istifadəyə nəzarətin gücləndirilməsi və yetkinlik yaşına çatmayanların bu prosedurdan uzaq tutulması üçün mübarizə aparıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 20 yaşına qədər solariumdan istifadə melanoma riskini 47 faiz artırır.