Planetimiz qocalır - Qorxulu rəqəmlər açıqlandı
Maraqlı
Dünyada ilk dəfə 65 yaşdan yuxarı insanların sayı 5 yaşdan kiçik uşaqların sayını ötüb.
News24.az xəbər verir ki, 2022-ci ildə hər iki yaş qrupunun dünya əhalisində payı təxminən 10 faiz olub.
Lakin fərq getdikcə artmağa başlayıb.
2060-cı ilə qədər yaşlı insanların dünya əhalisində payının təxminən 20 faizə, 5 yaşdan kiçik uşaqların payının isə cəmi 7 faizə çatacağı gözlənilir.
2026-cı ildə 65 yaşdan yuxarı insanların sayının 2 milyarda çatacağı proqnozlaşdırılır. Bu, dünya əhalisinin xalis artımının təxminən 55 faizini təşkil edəcək.
ABŞ Siyahıyaalma Bürosunun hesabatında bildirilir ki, bu tendensiyanın əsas səbəbi dünyada doğum səviyyəsinin azalmasıdır.