Planetin ən yaşlı sakininin 117 yaşı oldu - Foto

Planetin ən yaşlı sakininin 117 yaşı oldu - Foto Maraqlı

Planetin ən yaşlı insanı kimi tanınan britaniyalı Etel Keyterem 117-ci doğum gününü qeyd edib.

News24.az xəbər verir ki, Keyterem 1909-cu ildə İngiltərədə anadan olub və hazırda qocalar evində yaşayır.

O, daha əvvəl uzunömürlülüyün sirrinin pozitiv düşüncə və bütün məsələlərə mülayim yanaşma olduğunu deyib.

Keyterem bu doğum gününü də ailəsi və dostları ilə birlikdə qeyd edib.

O, qarşıdakı ilin ona nələr gətirəcəyini səbirsizliklə gözlədiyini bildirib.

Yaş baxımından mütləq rekord isə fransalı Janna Kalmana məxsusdur.

O, 122 yaşına qədər yaşayıb və 1997-ci ildə vəfat edib.

Planetin ən yaşlı sakininin 117 yaşı oldu - Foto