Pul onlara su kimi axacaq: Bu bürclər 2026-cı ildə zənginləşəcək
Maraqlı
Rusiyalı astroloq Tamara Qlobanın proqnozuna əsasən, 2026-cı ildə maliyyə baxımından ən şanslı olacaq üç bürc müəyyənləşdirilib.
News24.az xəbər verir ki, astroloqun fikrincə, bu bürclərin nümayəndələrini il ərzində yeni gəlir imkanları və maddi uğurlar gözləyir.
Proqnoza görə, Qoç bürcü 2026-cı ildə təşəbbüskar addımları və cəsarətli qərarları sayəsində maliyyə uğuru əldə edə bilər. Xüsusilə sahibkarlıq və sərbəst fəaliyyət sahələrində gəlirlərin artacağı bildirilir.
Buğa bürcü üçün isə zəhmət və səbrin bəhrəsini toplama mərhələsi başlayır. Yaz aylarında sərfəli investisiyalar və əlavə gəlir mənbələri Buğa bürcü nümayəndələrinə maddi rahatlıq gətirə bilər.
Şir bürcü nümayəndələri üçün 2026-cı il yüksəliş dövrü kimi dəyərləndirilir. Maaş artımı, vəzifə yüksəlişi və yaradıcı layihələr hesabına gəlirlərin artacağı proqnozlaşdırılır. Astroloqun qənaətinə görə, məhz bu üç bürc 2026-cı ildə maliyyə baxımından digərlərini geridə qoyacaq.