Qab süngərləri nə üçün rənglidir? - Gizlin mənası açıqlandı
Maraqlı
Mətbəxdə hər gün istifadə etdiyimiz qab süngərlərinin rəngləri sadəcə gözə xoş görünsün deyə seçilmir.
News24.az xəbər verir ki, mütəxəssislərə görə, bu rənglər süngərin sərtlik dərəcəsini və hansı səthdə istifadə olunacağını göstərir.
Belə ki, yaşıl süngər ümumi təmizlik üçün uyğundur. Qazan, boşqab və digər səthlərdə rahatlıqla istifadə olunur, kir və ləkələri asanlıqla çıxarır.
Sarı süngər orta sərtlikdədir. Şüşə, keramik və porselen kimi həssas səthlər üçün idealdır, cızıq buraxmadan təmizləyir.
Mavi süngər ən yumşaq növdür. Paslanmayan polad, ayna və şüşə səthlərdə istifadə olunur, lakin yanıq və bərk ləkələri təmizləməkdə zəifdir.
Qırmızı və çəhrayı süngərlər daha sərt quruluşa malikdir. Ocaq, hamam və sanitar qovşaqların təmizliyində effektivdir, amma qab və şüşə səthlərdə cızıq yarada bilər.
Qara süngər ən sərt növdür. Yanmış və çox çirkli səthlər üçün nəzərdə tutulub, lakin gündəlik istifadə üçün uyğun deyil.
Beləliklə, süngərlərin rənglərinə diqqət etməklə həm qabların cızılmasının qarşısını almaq, həm də təmizliyi daha effektiv və gigiyenik şəkildə aparmaq mümkündür.