Qadınlar niyə tərifdən qaçır? – Psixoloqlardan 10 maraqlı səbəb

Qadınlar niyə tərifdən qaçır? – Psixoloqlardan 10 maraqlı səbəb Maraqlı

Bəzi insanlar tərif eşitməkdənsə tənqidi daha rahat qəbul edir. Bu xüsusilə qadınlar arasında müşahidə olunur. Çünki onlar cəmiyyətin xarici görünüş və davranışla bağlı yüksək gözləntiləri ilə üzləşirlər.

News24.az xəbər verir ki, psixoloqların fikrincə, qadın üçün dəyər verdiyi bir insanın tənqidi bəzən komplimentdən daha inandırıcı görünür. Belə hallarda tənqid ona daha səmimi və etibarlı diqqət forması kimi təsir edir.

Bu davranışın 10 əsas səbəbi bunlardır:

1. Yalana inanmaq istəmirlər
Bəzi qadınlar eşitdikləri təriflərin səmimi olmadığına inanır. Onlar qarşı tərəfin niyyətinə şübhə edir və ya özlərinə inamsızlıq buna mane olur.

2. Əlavə təzyiq hiss edirlər
Bəziləri üçün tərif motivasiya deyil, məsuliyyətdir. Onlar düşünürlər ki, artıq həmin səviyyəni qorumaq və ya daha da yaxşı olmaq məcburiyyətindədirlər.

3. Təvazökarlığı yanlış anlayırlar
Uşaqlıqdan təvazökar olmağa alışan bəzi qadınlar zamanla öz üstünlüklərini qəbul etməyi bacarmırlar və öz dəyərlərini görməzdən gəlirlər.

4. Özlərindən qeyri-real gözləntilər gözləyirlər
Perfeksionist qadınlar heç vaxt kifayət qədər yaxşı olmadıqlarını düşünür, buna görə də tərifləri qəbul etməkdə çətinlik çəkirlər.

5. Öz dəyərlərini başqalarının fikri ilə ölçürlər
Onlar hesab edirlər ki, dəyər qazanılmalıdır. Bu səbəbdən tənqid onlara daha tanış və inandırıcı görünür.

6. Özlərini həddindən artıq tənqid edirlər
Özünəinamı aşağı olan insanlar tərif eşidəndə narahat olurlar. Çünki bu, onların özləri haqqında formalaşdırdıqları təsəvvürlə üst-üstə düşmür.

7. Manipulyasiyadan qorxurlar
Bəzi qadınlar düşünür ki, kompliment gələcəkdə onlardan istifadə etmək üçün deyilə bilər. Buna görə də səmimi təriflərə belə etibar etmirlər.

8. Başqalarını məyus etmək istəmirlər
Onlar tərifi üzərlərində daimi öhdəlik kimi qəbul edir və həmin gözləntiləri doğrulda bilməməkdən çəkinirlər. Tənqidi isə inkişaf imkanı kimi görürlər.

9. Tərif eşitməyə öyrəşməyiblər
Uşaqlıqda daha çox tənqid olunan qadınlar böyüdükdə də eyni münasibəti gözləyirlər və tərif onlara qəribə gəlir.

10. Həqiqətin üzə çıxacağından qorxurlar
Bəziləri düşünür ki, onları tərifləyən insan sonradan yanıldığını anlayacaq. Bu qorxu komplimentləri qəbul etmələrinə mane olur.