Qatlana bilən "iPhone"-la bağlı yenilik - İlk olacaq
Maraqlı
“Apple” qatlana bilən “iPhone” üçün xüsusi elektron qələm (stilus) hazırlayıb.
News24.az xəbər verir ki, qələmlə telefonun ekranında rəsm çəkmək və cihazdan planşet kimi istifadə etmək mümkün olacaq.
Bu, iPhone tarixində qələm dəstəyinin ilk dəfə tətbiqi ola bilər.
Stilusun dizaynının “iPad” üçün nəzərdə tutulan qələmə bənzədiyi, lakin ölçüsünün daha kiçik olduğu bildirilir.
Onun maqnit vasitəsilə iPhone-un korpusuna bərkidilməsi mümkün olacaq.
Bununla belə, “Bloomberg” jurnalisti Mark Qurman hesab edir ki, qatlana bilən “iPhone”-un son versiyası stilus dəstəyinə malik olmaya bilər.
O, həmçinin Stiv Cobsun 2007-ci ildə ilk “iPhone” təqdim edilərkən stilusla idarə olunan smartfonları kəskin tənqid etdiyini xatırladıb.
“Apple”ın qatlana bilən “iPhone”-u təqdim edəcəyi tədbirin 9 sentyabrda keçirilməsi gözlənilir.