Qiyməti baha, özü keyfiyyətsiz “iPhone 17” - Problemləri açıqlandı

Qiyməti baha, özü keyfiyyətsiz “iPhone 17” - Problemləri açıqlandı Maraqlı

“iPhone 17” seriyasına aid olan telefonlardakı ciddi problemlər açıqlanıb.

News24.az xəbər verir ki, “iPhone 17” seriyası icmalçıların təriflərinə baxmayaraq ideal deyil.

İlk növbədə onlar “Scratchgate” qalmaqalını xatırladıblar. Bu mövzu istifadəçilərin “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinin korpusunda xırda qopmalar aşkar etdikdən sonra bu gündəmə gəlib.

Məlum olub ki, bunlar flaqman modellərin arxa panelindəki maqnitlərə yapışan kiçik metal parçalarıdır.

Smartfonların digər çatışmazlığı isə çox yumşaq alüminium korpusunun olmasıdır. Bu korpus kiçik məsafədən yerə düşən kimi zədələnir.

“Korpusun alüminium olmasında problemi ondadır ki, telefon hətta qoruyucu qabda olsa belə, düşəndə deformasiyaya uğrayır”, — deyə mütəxəssislər bildiriblər.

Bu telefonlarda həmçinin batareya problemləri də mövcuddur. Yeni smartfonların enerji saxlaması satışa çıxarıldığı ilk gündən zəif olub.

Bu vəziyyət iOS sistemindəki səhvlərlə əlaqələndirilib.

“iPhone Air” modelinin də “iPhone 17” seriyasındakı kimi mənfi tərəfləri var.

Onun ultra nazik olması telefon istifadəçiləri məyus edib, çünki cihaz zəiflədilmiş prosessor, cəmi bir kamera, bir dinamik və zəif batareya ilə təqdim olunub. / BGR/