Qızıl boyunbağı yoxa çıxdı - Oğru siçanlar imiş
Maraqlı
Çində siçanlar kişinin qızıl boyunbağını oğurlayaraq divarın içində gizlədib.
News24.az xəbər verir ki, bu barədə “Feng” nəşri yazıb.
Van soyadlı kişi polisə müraciət edərək mənzilindən zinyət əşyasının itdiyini bildirib və onun tapılmasına kömək istəyib.
Kirayədə yaşayan çinlinin qiymətli əşyalarını saxlamaq üçün etibarlı yeri olmadığından, o, üç il ərzində zinət əşyasını mətbəxdə, dolabda gizlədib.
Hadisə yerinə gələn polis əməkdaşları mənzilə baxış keçiriblər və heç bir oğurluq əlaməti aşkar etməyiblər.
Divarlardakı boşluqları və küncləri yoxlayan polislər sonda boyunbağını tapıblar.
Məlum olub ki, əsl “oğru” həqiqətən də siçan imiş.
Zinət əşyası sahibinə qaytarılıb. Hadisədən çox həyəcanlanan Van polislərə təşəkkür edib.