Qulağınıza su giribsə, bu səhvi etməyin!

Qulağınıza su giribsə, bu səhvi etməyin! Maraqlı

Qulağa su düşdükdən sonra yaranan tıxanma hissi əksər hallarda öz-özünə keçsə də, bəzi hallarda bu vəziyyət tibbi müdaxilə tələb edə bilər.

News24.az xəbər verir ki, bunu otolarinqoloq və "Doctor" telekanalının eksperti Yuliya Qolonova "Gazeta.Ru"ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, qulaq kiri suyu itələyən xüsusiyyətə malik olduğundan maye adətən təbii şəkildə xaric olur. Bunun üçün başı su düşən qulaq tərəfə əymək və qulaq seyvanını aşağıya doğru yüngül dartmaq kifayətdir. Başın ehtiyatla silkələnməsi və ya bir ayaq üzərində yüngül tullanmaq da suyun çıxmasına kömək edə bilər.

Qolonova vurğulayıb ki, tıxanma hissi uzun müddət davam edərsə, insanların ən çox yol verdiyi səhv qulağı pambıq çubuqlarla qurutmağa çalışmaqdır.

Onun sözlərinə görə, pambıq çubuqlar qulaq kanalının dərisini zədələyə, iltihaba səbəb ola və qulaq kirini daha dərinə itələyərək tıxac yarada bilər.

Mütəxəssis qeyd edib ki, qulaqda ağrı, eşitmənin zəifləməsi və ya tıxanmanın uzun müddət davam etməsi hallarında mütləq həkimə müraciət etmək lazımdır.