Ronaldo boşansa, Corcinaya ömürlük ayda 100 min avro ödəyəcək

Ronaldo boşansa, Corcinaya ömürlük ayda 100 min avro ödəyəcək Maraqlı

Kriştiano Ronaldo ilə Corcina Rodrigesin evlilikdən əvvəl imzaladığı müqavilənin detalları üzə çıxıb.

News24.az xəbər verir ki, cütlük nikahdan əvvəl əmlak bölgüsü və mümkün boşanma halında tərəflərin hüquqlarını müəyyən edən evlilik müqaviləsi bağlayıb.

Müqaviləyə əsasən, Ronaldo ilə Rodriges boşanarsa, portuqaliyalı futbolçu keçmiş həyat yoldaşına ömrünün sonuna qədər hər ay 100 min avro ödəyəcək. Bundan başqa, Rodriges İspaniyanın paytaxtı Madriddə yerləşən malikanənin də sahibi olacaq.

Məlumata görə, Ronaldo və Rodriges avqustun 11-də ailə qurublar. Lizbon yaxınlığındakı malikanədə keçirilən nikah mərasimində yalnız cütlüyün uşaqları və bir neçə yaxın şəxsin iştirak etdiyi bildirilir.

Cütlüyün nikahdan bir gün əvvəl notariusda evlilik müqaviləsi imzaladığı qeyd olunur. Müqavilənin əsas məqsədlərindən birinin mümkün boşanma halında uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısını almaq və Rodrigesin hazırkı həyat səviyyəsini qorumaq olduğu bildirilir.

Ətraflı

Ronaldo və Rodriges təxminən 10 ildir birlikdədirlər. Onların münasibəti Madrid şəhərində tanış olmalarından sonra başlayıb. Rodriges son illərdə modellik fəaliyyəti, şəxsi biznes layihələri və televiziya proqramları ilə ayrıca karyera qurub.

Xəbərdə qeyd olunur ki, tərəflərin imzaladığı müqavilə Ronaldo üçün də böyük maliyyə əhəmiyyətinə malikdir. Belə ki, sənəd futbolçunun müxtəlif ölkələrdəki investisiyalarını və əmlakını mümkün hüquqi mübahisələrdən qorumağa imkan verir.

Ronaldo hazırda dünyanın ən varlı futbolçularından biri hesab olunur və onun sərvətinin 1 milyard dollardan çox olduğu bildirilir. (lent.az)