Səbr gətirdi, qabırğası sındı
Maraqlı
Çinin Çjetszyan əyalətində yaşayan 35 yaşlı qadın asqırma nəticəsində qabırğasını sındırıb.
News24.az xəbər verir ki, qeyri-adi hadisə barədə “Guangming Online” nəşri məlumat yayıb.
Həkimə istinad edən nəşr qadının gündə iki fincandan çox qəhvə içdiyini, demək olar ki, açıq havada olmadığını və günəş işığından yayınmağa çalışdığını yazıb.
Bu amillər sümüklərin sıxlığının əhəmiyyətli dərəcədə azalmasına və onların kövrəkləşməsinə səbəb ola bilər.
Bildirilib ki, həddindən artıq qəhvə istehlakı orqanizmdə kalsium balansına təsir göstərə, günəş işığının çatışmazlığı isə kalsiumun mənimsənilməsi və sümük sağlamlığının qorunması üçün vacib olan D vitamininin istehsalını məhdudlaşdıra bilər.
Dəridə D vitamini ultrabənövşəyi şüaların UVB spektrinin təsiri altında yaranır. Az hərəkətli həyat tərzi də sümüklərin möhkəmliyinə mənfi təsir göstərə bilər.
Bununla belə, tək bir hadisə sınığın məhz qəhvə səbəbindən baş verdiyini sübut etmir. Asqırma nəticəsində qabırğanın sınması sümük toxumasının zəifləməsinin əlaməti ola bilər. Lakin dəqiq səbəbi müəyyənləşdirmək üçün tibbi müayinə tələb olunur.