Sərinləmək istəyən pinqvin zooparkdan qaçdı
Maraqlı
Hollandiyada pinqvin istidən sərinləmək zooparkdan qaçıb.
News24.az xəbər verir ki, bu barədə NU nəşri məlumat yayıb.
Heyvanat bağçasından 9 kilometr uzaqlaşan pinqvini təsadüfən bir şəxs kanalda üzərkən görüb.
O, qeyri-adi üzgüçü barədə park əməkdaşlarına məlumat verib və baxıcılar dərhal heyvanın ardınca yollanıblar.
Pinqvin xüsusi tor vasitəsilə sudan təhlükəsiz şəkildə çıxarılıb. Parkın direktoru Con de Hunun sözlərinə görə, quşun sağlamlıq vəziyyəti yaxşı olub.
Direktor bildirib ki, gənc pinqvinlər ətraf mühiti araşdırmağa meyillidirlər.
Məlum olub ki, quş bir müddət zooparkdan kənarda müstəqil yaşaya bilib.
Direktor ehtimal edib ki, o, macəra zamanı hətta özü üçün balıq da tutub.
Bununla belə, park əməkdaşları bildiriblər ki, bu gəzinti təhlükəli nəticələnə bilərdi.
Pinqvin üçün əsas risklər avtomobillər və insanlarla qarşılaşmaqdır.
Hazırda mütəxəssislər pinqvinin zooparkdan necə qaçdığını müəyyən etmək üçün volyeri yoxlayırlar.