Siz də bu emojiləri yanlış tanıyırsınız?
Maraqlı
Emojilər yazışmaları daha asan və emosional etməyə kömək etsə də, onların yanlış istifadəsi bəzən anlaşılmazlığa səbəb ola bilər.
News24.az xəbər verir ki, bəzi işarələr zamanla internet mədəniyyətində ilkin mənasından tamamilə fərqli məna qazanıb.
Zəfər emojisi

Burnundan iki tərəfə buxar çıxan, qaşları qaldırılmış üz çox vaxt qəzəb və əsəbilik ifadəsi kimi istifadə olunur. Halbuki bu emoji zəfər simvoludur və qürur, uğur və üstünlük mənası daşıyır.
Məlumat masası əməkdaşı

Əlini yana açaraq başını əyən qadın və ya kişi fiquru da tez-tez kinayə və istehza məqsədilə işlədilir. Əslində isə bu emoji məlumat masasının əməkdaşını təsvir edir və “Sizə necə kömək edə bilərəm?” mənasını ifadə edir.
Yuxulu üz

Üzün yanında görünən mavi damcı çox vaxt tər və ya göz yaşı kimi başa düşülür. Əslində isə bu detal yapon manqa və animelərində yuxuya getmiş insanı göstərən burun köpüyüdür. Buna görə emoji yorğunluqdan və ya əsəbdən çox, yuxululuq və yatmaq mənası daşıyır.
Baş əyən insan

Bu emoji də ən çox yanlış başa düşülən işarələrdəndir. Bəziləri onu dua, təəccüb, xəcalət və ya “facepalm” kimi qəbul edir. Əslində isə söhbət Yapon mədəniyyətində hörmət, təşəkkür və səmimi üzrxahlıq ifadə edən təzimdən gedir.