Smartfonu necə daha sürətli şarj etmək olar?
Maraqlı
Smartfonların sürətli şarj olunması yalnız adapterin gücündən deyil, kabel və cihazın xüsusiyyətlərindən də asılıdır.
News24.az xəbər verir ki, BGR bu barədə məlumat yayıb.
Mütəxəssis Marinel Sigenin sözlərinə görə, ilk növbədə smartfonun dəstəklədiyi maksimum şarj gücünə diqqət etmək lazımdır. Telefon 45 vatt gücü dəstəkləyirsə, 120 vattlıq adapterdən istifadə şarjı sürətləndirməyəcək.
Kabelin də uyğun gücü və enerji ötürmə standartını dəstəkləməsi vacibdir. Batareyanın vəziyyəti və havanın temperaturu da şarj sürətinə təsir edir.
Qeyd olunub ki, yüksək temperatur zamanı smartfonun qoruyucu sistemi həddindən artıq qızmanın qarşısını almaq üçün şarj gücünü azalda bilər.