Sosial şəbəkələrdə bu paylaşımları etməyin! - XƏBƏRDARLIQ
Maraqlı
Sosial şəbəkələrdə paylaşılması məsləhət görülməyən məlumatlar açıqlanıb.
News24.az xəbər verir ki, istifadəçilər internetdə tətil fotolarını, yeni aldıqları əşyaları, uşaqlarının çıxışlarını və dostları ilə görüşlərini paylaşmağa vərdiş etsələr də, bəzi məlumatların yayılması təhlükə yarada bilər.
Sosial şəbəkələrdə sənədlərin tam şəkildə paylaşılması tövsiyə edilmir.
Bu siyahıya viza, sürücülük vəsiqəsi, diplom və sertifikatların görüntüləri daxildir.
Məlumatlardan dələduzlar sui-istifadə edə bilərlər.
Həmçinin tətil zamanı səfərin dəqiq tarixlərini, otelin ünvanını və real vaxtda məkan məlumatlarını paylaşmaqdan da çəkinmək lazımdır. Belə paylaşımlar şəxsin harada olduğunu və evdə olmadığı vaxtı müəyyənləşdirməyə imkan yaradır.
İş yerində çəkilən fotolara da diqqət yetirilməlidir. Bəzən şəkillərdə bank kartı, kompüter ekranı və ya sənədlər kimi məxfi məlumatlar görünə bilər.
Ad, doğum tarixi, iş yeri və son səfərlə bağlı məlumatlar da dələduzların saxta mesajlarını daha inandırıcı hazırlamasına kömək kömək olur.
Sosial şəbəkələrdə hər hansı paylaşım etməzdən əvvəl fotoda və ya videoda şəxsi, həmçinin məxfi məlumatların görünmədiyini yoxlamaq laızmdır.