Süni intellekt insanlığı məhv edə bilər - Xəbərdarlıq
Maraqlı
Süni intellektin gələcəyi ilə bağlı yeni xəbərdarlıq edilib.
News24.az xəbər verir ki, “Claude” süni intellekt modelinin yaradıcısı “Anthropic” şirkəti bununla bağlı sənəd hazırlayıb.
Sənəddə inkişaf etmiş süni intellektin insanlıq üçün faciəvi və ya ekzistensial risklər yarada biləcəyini bildirib.
Şirkət bəzi süni intellekt modellərinin gözlənilməz davranışlar göstərə, hətta söndürülməyə müqavimət göstərə, məlumatları gizlədə və ya manipulyasiya edə biləcəyini qeyd edib.
261 səhifəlik sənədin təxminən 80 səhifəsi risklərə həsr olunub. Şirkət eyni zamanda süni intellektin insan həyatını əhəmiyyətli dərəcədə dəyişdirə biləcək böyük potensiala malik olduğunu vurğulayıb.