Tam Günəş tutulması təyyarələrə təsir edəcək? - Açıqlama

Tam Günəş tutulması təyyarələrə təsir edəcək? - Açıqlama Maraqlı

Avqustun 12-də gözlənilən tam Günəş tutulması məsələsi müzakirələr yaradıb.

News24.az xəbər verir ki, insanlar sözügedən təbiət hadisəsinin təyyarələrin hərəkətinə təsir edib-etməyəcəyindən narahatdırlar.

Məsələ ilə bağlı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, Günəş tutulması təyyarələrin sistemlərinə və uçuşların həyata keçirilməsi prosedurlarına təsir göstərməyəcək.

Bununla yanaşı, tutulmanın müşahidə olunacağı məşhur məkanlarda uçuşların intensivliyinin arta biləcəyi qeyd edilib. Hava şarları və planerlərin isə həmin dövrdə atmosfer şəraitindəki dəyişiklikləri nəzərə alması tövsiyə olunub.

Qedy edək ki, avqustun 12-də eyni vaxtda üç mühüm astronomik hadisə müşahidə ediləcək. Bunlar tam Günəş tutulması, planetlərin paradı və Perseid meteor yağışının maksimum mərhələsidir.