Telefon istehsalçıları bizi belə aldadır

Telefon istehsalçıları bizi belə aldadır Maraqlı

Smartfon istehsalçılarının operativ yaddaşın həcmi ilə bağlı istifadəçiləri aldadan marketinq üsulu ifşa edilib.

News24.az xəbər verir ki, bəzi istehsalçılar telefonların texniki göstəricilərində real operativ yaddaşla daxili yaddaşın bir hissəsini birləşdirərək təqdim edirlər.

Məsələn, smartfonun xüsusiyyətlərində “12+8 GB RAM” yazılması cihazda 20 GB fiziki operativ yaddaş olduğu anlamına gəlmir.

Əslində, telefon 12 GB operativ yaddaşa malikdir, əlavə 8 GB isə daxili yaddaşdan virtual yaddaş kimi ayrılır.

Mütəxəssis Brendon Minimanın sözlərinə görə, virtual yaddaş fiziki operativ yaddaşı əvəz edə bilməz. Belə ki, operativ yaddaş məlumatları daxili yaddaşla müqayisədə təxminən 16 dəfə sürətli oxuyur, yazma sürəti isə 24 dəfə yüksəkdir.

Buna görə də virtual yaddaşın artırılması proqramlar arasında keçidi həmişə sürətləndirmir.

Əksinə, yüksək yüklənmə zamanı tətbiqlərin və brauzer səhifələrinin açılmasını ləngidə bilər.

Mütəxəssis istifadəçilərə smartfon alarkən “12+8 GB”, “24 GB-a qədər RAM”, “virtual yaddaş” və ya “dinamik yaddaş” kimi ifadələrə diqqət yetirməyi, cihazın real operativ yaddaş həcmini ayrıca yoxlamağı tövsiyə edib.