“Toyota” avtomobillərində problem AŞKARLANDI

“Toyota” avtomobillərində problem AŞKARLANDI Maraqlı

Yaponiyanın avtomobil istehsalçısı olan “Toyota” cihazlar panelinin displeyindəki nasazlıq səbəbindən 508 min 354 avtomobili geri çağırıb.

News24.az xəbər verir ki, geri çağırılma 2025-2026-cı model ili üzrə “Camry Hybrid” avtomobillərinə aiddir.

Nasazlıq səbəbindən avtomobil işə salındıqda cihazlar panelinin displeyi düzgün işləməyə bilər. Bu halda dönmə işıqları, təhlükəsizlik kəməri xəbərdarlığı və ağıllı açar xatırlatma sistemi deaktiv ola bilər.

Toyota problemin həlli üçün avtomobillərin displey proqram təminatını rəsmi dilerlərdə ödənişsiz yeniləyəcək. Şirkət geri çağırılmadan təsirlənən avtomobil sahiblərinə məktub göndərəcək.