Un qurdlarından kolbasa hazırladılar - Fotolar

Un qurdlarından kolbasa hazırladılar - Fotolar Maraqlı

Alman alimlər Bavariya kolbasasının yeni reseptini hazırlayıblar.

News24.az xəbər verir ki, bu reseptdə donuz ətinin qiyməsinin 20 faizə qədəri un qurdlarından hazırlanan tozla əvəz edilib. Təcrübə nəticəsində hazırlanan kolbasa adi məhsulla müqayisədə daha tünd rəng alıb.

Yeni resept ciddi müzakirələr yaradıb. “Bild” nəşri bu haqda "Almaniyada istehsal olunub" ifadəsi tamamilə fərqli məna kəsb edir", - sözlərini yazıb.

Sosial şəbəkələrdə də təşəbbüs kəskin tənqid olunub. İstifadəçilər bu eksperimenti Almaniyanın milli yeməyi üzərində aparılan "təhrif" adlandırıblar.

Un qurdlarından kolbasa hazırladılar - Fotolar