Unu kağız paketdə saxlamaq düzgün deyil – SƏBƏB

Unu kağız paketdə saxlamaq düzgün deyil – SƏBƏB Maraqlı

Əksər insanlar unu evə gətirdikdən sonra onu orijinal kağız paketində saxlayır, lakin bu, unun həşəratların və nəmin təsirinə məruz qalmasına səbəb ola bilər.

News24.az-ın xəbərinə görə, “Southern Living” yazır ki, un üyüdüldükdən sonra artıq nəmin xaric olması üçün kağız qablaşdırmada satılır, lakin məhsulu evə gətirdikdən sonra onu hava keçirməyən qaba boşaltmaq tövsiyə olunur. Əks halda bir neçə ay ərzində un mətbəx zərərvericilərinin hücumuna məruz qala bilər.

Un güvəsi, uzunburun böcəklər və un gənələri kimi zərərvericilər kağız qablaşdırmanın kiçik boşluqlarından keçərək məhsula yayıla bilər. Unun içində həşəratlar aşkarlandıqda isə onu istifadə etmək deyil, atmaq məsləhətdir.

Bundan başqa, yüksək rütubət unun daha tez xarab olmasına və kiflənməsinə səbəb ola bilər. Buna görə unu su keçirməyən, kip bağlanan qabda saxlamaq daha məqsədəuyğundur.

Mütəxəssislər unun istilik və günəş işığından uzaqda saxlanmasını tövsiyə edir. İsti mətbəxdə isə unu soyuducuda və ya dondurucuda saxlamaq mümkündür.

Məlumata görə, unun təxminən bir il saxlama müddəti var. Zaman keçdikcə tərkibindəki təbii yağlar oksidləşərək məhsulun dadının və qoxusunun dəyişməsinə səbəb ola bilər.