Unu xarab olmaqdan qorumağın sadə yolu
Maraqlı
Unu uyğun və hava keçirməyən qaba tökmək onu nəmdən, zərərvericilərdən, kənar qoxulardan və vaxtından əvvəl xarab olmaqdan qoruya bilər.
News24.az xəbər verir ki, “Simply Recipes” bu barədə şirniyyat ustası Ketrin Sprunqa istinadən yazıb.
Mütəxəssisin sözlərinə görə, unun saxlandığı kağız paketlər əsasən onun daşınması və satışı üçün nəzərdə tutulub. Paket uzun müddət açıq qaldıqda un nəm çəkərək topaqlaşa, oksidləşə, həmçinin güvə və digər zərərvericilərin təsirinə məruz qala bilər.
Bundan başqa, un yaxınlığındakı qidaların kəskin qoxusunu da özünə çəkə bilər.
Mütəxəssis unu evə gətirdikdən sonra dərhal qapağı kip bağlanan qaba tökməyi, daha sonra isə sərin, qaranlıq və quru yerdə, soba və plitədən uzaqda saxlamağı tövsiyə edir.
Qeyd olunur ki, istilik və rütubət unun əsas düşmənləridir. Tam taxıllı və qoz ununun isə daha uzun müddət qorunması üçün dondurucuda saxlanması məsləhət görülür.