Valideynlərə xəbərdarlıq: süni intellektlə ünsiyyət uşaqlarda bu keyfiyyətləri məhv edir

Valideynlərə xəbərdarlıq: süni intellektlə ünsiyyət uşaqlarda bu keyfiyyətləri məhv edir Maraqlı

“The Economist” nəşri süni intellektin uşaqların sosial inkişafına ciddi təhdid yaratdığını açıqlayıb.

News24.az xəbərinə görə, məqalədə qeyd olunur ki, artıq amerikalı yeniyetmələrin üçdə biri valideynləri və ya dostları ilə danışmaqdan daha çox AI botları ilə ünsiyyəti rahat hesab edir.

Nəşrin yazdığına görə, uşaqların tək tərəfli – yalnız cavab verən botlarla böyüməsi onların real ünsiyyətə uyğunlaşmasını çətinləşdirə bilər. Belə nəsil insanlarla dialoqa girməkdə, rədd cavabını qəbul etməkdə və problemlərlə üzləşməkdə çətinlik çəkəcək.

Süni intellektlə çox ünsiyyət quran uşaqlarda yeni və tanımadığı şeylərə dözümlülük, güzəştə getmək kimi sosial bacarıqlar formalaşmaya bilər.

“The Economist” xəbərdarlıq edir: “Çat-botlar elə uşaqlar yetişdirə bilər ki, onlar növbə gözləməyə öyrəşməyəcək, həmkar olaraq kompromisə meyilli olmayacaq və münasibətlərdə qarşı tərəf ilə anlaşmağı bacarmayacaqlar”.

Məqaləyə görə, hökumətlər çat-botlardan istifadəyə yaş məhdudiyyəti tətbiq etməli, valideynlər isə uşaqların proqramlara güvənməsinə diqqətli yanaşmalıdır. Məktəblərə də tövsiyə olunur ki, robotların əvəz edə bilməyəcəyi sosial bacarıqları – mübahisə etmək, razılaşmamaq və insanlarla münasibət qurmağı – daha intensiv şəkildə öyrətsinlər.