Vizual yorğunluğa cavab – 2026-cı ilin rəngi elan edildi

Vizual yorğunluğa cavab – 2026-cı ilin rəngi elan edildi Maraqlı

Gələn ilin əsas rəngi ağ olacaq.

News24.az xəbər verir ki, “Pantone” Rəng İnstitutu gələcək ilin əsas rəngi olaraq sakit, neytral ağ çaları olan PANTONE 11-4201 “Cloud Dancer”i (“Bulud rəqqası”) elan edib.

“Pantone” nümayəndələri bu seçimi vizual olaraq həddindən artıq yüklənən dünyadan insanlara bir nəfəslik rahatlıq vermək istəyi ilə izah ediblər.

Təmiz və yumşaq ağ rəngin moda, dizayn və interyer sahələrində minimalistik trendlərin əsasını təşkil edəcəyi bildirilir.