Yanvarın 1-dən etibarən "WhatsApp" bu telefonlarda açılmayacaq

Yanvarın 1-dən etibarən "WhatsApp" bu telefonlarda açılmayacaq Maraqlı

Yeni ildən "WhatsApp" bəzi köhnə telefon modellərində işləməyəcək.

News24.az xəbər verir ki, gələn il yanvarın 1-dən bəzi smartfonlarda "WhatsApp" tətbiq açılmayacaq, mesaj göndərmək və qəbul etmək kimi əsas funksiyalar işləməyəcək.

Bu dəyişiklik “WhatsApp”ın daha yaxşı təhlükəsizlik təmin etmək və yeni funksiyaları problemsiz təqdim etmək məqsədilə köhnə əməliyyat sistemlərinə dəstəyini dayandırmasından irəli gəlir.

Dəstək verilməyəcək "iPhone" modelləri:

* iPhone 5

* iPhone 5c

* iPhone 5s

* iPhone 6

* iPhone 6 Plus

Dəstək verilməyəcək "Android" modelləri:

* Samsung Galaxy S3, S4, S5

* Samsung Galaxy Note 2, Note 3

* Samsung Galaxy Ace 3

* Samsung Galaxy S4 Mini

* Samsung Galaxy Trend

* Samsung Galaxy J2

* Sony Xperia Z2, Z3

* Huawei Ascend Mate, Ascend G740, Ascend D2

* LG Optimus L3 II, L5 II, F5, L7 II