Yeni "Harri Potter"də Volen-de-Mort o ola bilər – Foto
Maraqlı
Yeni “Harri Potter” layihəsində Volan-de-Mortu qaradərili Sintia Erivo canlandıra bilər.
News24.az xəbər verir ki, bu barədə “The Express Tribune” yazır.
Məlumatlara görə, Erivo artıq HBO studiyası ilə danışıqlar aparır və bu rol üçün əsas namizədlərdən biridir, lakin rəsmi təsdiq hələlik yoxdur.
Sintia Erivo britaniyalı aktrisa, müğənni və bəstəkardır. O, “Toni”, “Qremmi” və “Emmi” mükafatlarının sahibidir.
Aktrisa “Bənövşəyi çiçəklər” də daxil olmaqla bir çox müzikllərdəki rolları ilə tanınıb, həmçinin “Harriet” filmi də daxil olmaqla, bir sıra film və seriallarda çəkilib. “Harriet”dəki rolu ona “Oskar” və “Qızıl qlobus” nominasiyaları qazandırıb.