Yenu həftə bu bürclər üçün düşərli olacaq

Yenu həftə bu bürclər üçün düşərli olacaq Maraqlı

Qoç (21 mart – 19 aprel)

iş həftəsi rəhbərlikdən gələn gözlənilməz tapşırıqlarla başlayacaq. Etiraz etməyin. Bu, liderlik keyfiyyətlərinizi nümayiş etdirmək üçün şansdır. Çərşənbə axşamı məsuliyyət bölgüsü ilə bağlı həmkarınızla münaqişə yarana bilər, diplomatik davranın.

Şəxsi həyatda isə sevgilinizə təzyiq göstərməyi dayandırın. Xüsusilə çərşənbə günü ona daha çox diqqət ayırın. Maliyyə baxımından isə cümə axşamı yeni alacaqlar və ya köhnə borcun qaytarılması sizi sevindirəcək. Həftəsonunu idmana və təbiətdə aktiv istirahətə həsr etmək yaxşıdır. Bazar günü yaxınlarınızla münasibətdə həssas olun. Onlara deyiyiniz bir acı sözü uzun müddət unutmaya bilərlər.

Buğa (20 aprel – 20 may)

Səbir və əzmkarlığınız bəhrəsini verəcək: bazar ertəsi uzun müddətdən bəri çəkdiyiniz zəhmət yüksək qiymətləndiriləcək. Çərşənbə daşınmaz əmlak və ya uzunmüddətli investisiyalarla bağlı danışıqlar və müqavilələr üçün əlverişlidir. Sevgi həyatındasa cümə axşamı xoş sürpriz gözlənilir – bəlkə də, sadəcə dost hesab etdiyiniz birindən etiraf eşidəcəksiniz. Cümə günü sağlamlığınıza diqqət yetirin: gözlərinizi çox yormayın, idmana vaxt ayırın, məsələn, yüngül gimnastika edin. Həftəsonu alış-veriş üçün də münasibdir, lakin planlaşdırdığınızdan artıq pul xərcləmək riski var.

Əkizlər (21 may – 20 iyun)

Ünsiyyət bacarığınız uğurunuzun əsas açarı olacaq: həftənin əvvəlində köhnə tanışlar vasitəsilə sərfəli əlavə iş təklifi ala bilərsiniz. Çərşənbə axşamı və çərşənbə yeni biliklər əldə etmək üçün münasibdir – qısa kurs və ya vebinar gəlirlərinizi artırmağa kömək edəcək. Şəxsi münasibətlərdəsə qarşılıqlı qısqanclıq mümkündür, inciklikləri içinizə yığmayın və hər şeyi vaxtında aydınlaşdırın. Cümə axşamı pul alış-verişində diqqətli olun. Həftəsonu şəhərdən kənara qısa səfərlər üçün əlverişlidir. Bazar günü özünüzü işlə həddindən artıq yükləməyin.

Xərçəng (21 iyun – 22 iyul)

Venera bürcünüzdə olduğu üçün bu həftə sizin üçün xüsusi olacaq. Cazibədarlığınız və xoş rəftarınız xüsusilə bazar ertəsi və çərşənbə axşamı size zirvədə saxlayacaq. Çərşənbə günü valideynlər və ya yaşlı qohumlarla səmimi söhbət köhnə incikliklərdən qurtarmağa kömək edəcək. Maliyyə sahəsində cümə axşamı gözlənilməz yardım və ya çoxdan arzuladığınız əşyaya böyük endirim ola bilər. İşdə həmkarların qısqanclığı ilə qarşılaşa bilərsiniz, buna görə vacib sənədləri cümə günü səhər imzalamaq daha yaxşıdır. Həftəsonunu ailənizlə keçirin və yaxınlarınız üçün xüsusi bir yemək hazırlayın. Bazar günü sizdə vicdan əzabı yaratmağa çalışan insanlardan uzaq durmağa çalışın.

Şir (23 iyul – 22 avqust)

Həftənin əvvəlində alqış gözləməyin, sadəcə işinizi ən yaxşı şəkildə görün. Çərşənbə axşamı köhnə dostunuz müştərək, amma riskli iş təklif edə bilər. Qərar verməzdən əvvəl hər şeyi ölçüb-biçin. Sevgi həyatında ulduzlar sizə daha çox kompliment deməyi tövsiyə edir. Cümə günü yuxusuzluq yarana bilər, otağı havalandırın və qəhvədən də uzaq durun. Həftəsonu uşaqlarla və ya qohumlarla ünsiyyət sevinc gətirəcək. Bazar günü sosial şəbəkələrdə də mübahisələrdən uzaq olun.

Qız (23 avqust – 22 sentyabr)

Analitik düşüncəniz işdə mürəkkəb vəziyyəti həll etməyə kömək edəcək. Bazar ertəsi başqalarının görmədiyi detalları fərq edəcəksiniz. Çərşənbə axşamı və çərşənbə evdə, sənədlərdə və fikirlərinizdə qayda yaratmaq üçün ideal vaxtdır.

Şəxsi həyatda sevgilinizin qeyri-adekvat davranışı sizi düşündürə bilər. Açıq sözlü olun, sizi narahat edən nə varsa, soruşub aydınlaşdırın. Maliyyə məsələlərində də diqqətli olun. Cümə günü məişət texnikası və ya diş müalicəsi ilə bağlı gözlənilməz xərc yarana bilər. Şənbəni SPA prosedurlarına və uzun yuxuya həsr edin. Bazar günü uşaqlıq dostlarınızla xoş görüş mümkündür.

Tərəzi (23 sentyabr – 22 oktyabr)

Həftə borc və istək arasında seçimlə başlayacaq. Bazar ertəsi sizi məclisə çağıracaqlar, amma işlə bağlı tapşırığı da tamamlamaq lazım olacaq. Çərşənbə axşamı nüfuzlu bir şəxsdən haqsız tənqid ala bilərsiniz – özünüzü müdafiə etməyə çalışmayın. Sevgi həyatınızda aydınlıq yaranacaq. Subay Tərəzilər çərşənbə günü kitab mağazasında və ya kitabxanada maraqlı biri ilə tanış ola bilərlər. Maliyyə baxımından cümə axşamı uğurlu satış və ya ödənişinin qaytarılması mümkündür. Cümə mədəni tədbirlər üçün əlverişlidir. Həftəsonu zövqlü və rahat mühitdə keçirin, amma içki məclislərindən uzaq olun.

Əqrəb (23 oktyabr – 21 noyabr)

Dərin düşüncəniz danışıqlarda üstünlük qazandıracaq. Həftənin əvvəlində tərəfdaşların gizli niyyətlərini anlaya bilərsiniz. Çərşənbə axşamı və çərşənbə bu məsələdə ehtiyatlı davranın. Şəxsi həyatda uzun müddət davam edən münaqişə cümə axşamı ya tam barışıq, ya da ayrılıqla nəticələnə bilər. Cümə günü maliyyə axını güclənəcək, lakin risk etmək istəyi də artacaq. Həftəsonunu evdə təmizlik və artıq əşyalardan qurtarmağa həsr edin. Bazar günü meditasiya və ya tək gəzinti emosional tarazlığı bərpa edəcək.

Oxatan (22 noyabr – 21 dekabr)

Nikbinliyiniz ətrafdakılara da təsir edəcək. Bazar ertəsi kollektivin ruhlandırıcı qüvvəsinə çevriləcəksiniz. Çərşənbə axşamı uzaqdan xəbər və ya ezamiyyət təklifi ala bilərsiniz. Sevgi həyatında isə cəsarətli olun, çərşənbə günü simpatiya duyduğunuz şəxsi görüşə dəvət edin. Maliyyə məsələlərində nizam-intizam vacibdir. Cümə axşamı böyük alış-verişə tələsməyin. Cümə axşamına qədər ünsiyyətdən yorula bilərsiniz, buna görə axşamı kitab və ya serialla keçirmək yaxşı olar. Həftəsonu aktiv idman və təbiət gəzintiləri üçün idealdır.

Oğlaq (22 dekabr – 19 yanvar)

İntizamınız öz nəticəsini verəcək: bazar ertəsi rəhbərlik işinizə görə sizi xüsusi qeyd edəcək. Çərşənbə axşamı və çərşənbə biznes tərəfdaşı ilə gəlirin bölüşdürülməsi barədə fikir ayrılığı yarana bilər. Şəxsi münasibətlərdə daha çox qayğı və nəvaziş göstərin. Maliyyə vəziyyəti sabitdir, lakin cümə axşamı borc vermək məsləhət deyil. Cümə hüquqi məsələləri həll etmək və notariusa müraciət etmək üçün əlverişlidir. Həftəsonunu məzuniyyət və ya böyük alış-veriş planlaşdırmasına ayırın. Bazar günü daim şikayət edən insanlarla ünsiyyəti məhdudlaşdırın.

Dolça (20 yanvar – 18 fevral)

Orijinal ideyalarınız dəstək tapacaq. Həftənin əvvəlində işdə çıxılmaz vəziyyətə qeyri-adi həll təklif edəcəksiniz. Çərşənbə axşamı köhnə dostlarla gözlənilməz görüş birgə startap müzakirəsinə çevrilə bilər. Sevgi həyatında kiçik gərginlik mümkündür. Çərşənbə günü tərəfdaşınız sizi soyuqluqda günahlandıra bilər, açıq söhbət edin. Pulunuzu əşyalara deyil, təəssüratlara xərcləmək daha faydalıdır. Cüməyə yaxın tək qalmaq və yeni biliklər əldə etmək istəyi yaranacaq. Həftəsonu imic dəyişiklikləri üçün münasibdir. Bazar günü isə rəqəmsal detoks etməyə çalışın.

Balıqlar (19 fevral – 20 mart)

İntuisiyanız çox güclü olacaq. Bazar ertəsi kimə etibar etməyin mümkün olduğunu hiss edəcəksiniz. Çərşənbə axşamı və çərşənbə maqnit fırtınaları səbəbindən baş ağrıları yarana bilər, daha çox su için və ekran qarşısında az vaxt keçirin. Sevgi həyatında cümə axşamı romantik sürpriz gözlənilir: tərəfdaşınız uzun müddətdir arzuladığınız bir jest edə bilər. Maliyyə sahəsi qeyri-müəyyəndir, buna görə cümə günü kredit müqavilələri imzalamayın. Həftəsonunu su kənarında keçirmək stressi azaldacaq və ilham verəcək. Bazar günü başqalarının problemlərini öz üzərinizə götürməyin, emosional tükənmə riski var.