Yerə 20-dən çox asteroid yaxınlaşır

Yerə 20-dən çox asteroid yaxınlaşır Maraqlı

Bir ay ərzində Yerə yaxın məsafədən təxminən 20 asteroidin keçəcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu cür hadisələrin real sayının, getdikcə daha çox olacağı bildirilir.

News24.az xəbər verir ki, bu barədə TASS -a Novosibirsk Dövlət Universitetinin (NDU) “Vega” rəsədxanasının mühəndisi Mixail Maslov məlumat verib.

Bildirilib ki, bir çox asteroidlər Yerə yaxınlaşmadan cəmi bir neçə gün əvvəl aşkar olunur.

Mütəxəssis buna nümunə olaraq 19–24 may aralığını göstəriblər. Həmin vaxt Yer ətrafında 28 asteroid qeydə alınıb və onların hamısı yalnız Yerə yaxınlaşmazdan az əvvəl müəyyən edilib. Bir neçə asteroidi isə aşkarlanmadan keçdiyi də qeyd olunur.

Maslovun sözlərinə görə, yeni asteroidlər səmanı mütəmadi skan edən teleskop sistemləri sayəsində bəlli olur. Bu sistemlərin əsas məqsədi Yer üçün potensial təhlükə yarada biləcək obyektləri müəyyən etməkdir.

Belə sistemlər arasında PanSTARRS və ATLAS xüsusilə seçilir.