Bundan sonra "YouTube" videolarına baxışlar belə hesablanacaq

Bundan sonra "YouTube" videolarına baxışlar belə hesablanacaq Maraqlı

“YouTube” platforması avqustun 24-dən etibarən videolara gələn baxışlarla bağlı yeni hesablama sisteminə keçəcək.

News24.az xəbər verir ki, sözügedən tarixdən videolara baxış izlənilən anda hesablanacaq.

Yeni baxış hesablama sistemi bütün video formatlara tətbiq olunacaq.

“Biz gər zaman müxtəlif formatlarda baxışları hesablamaq üçün bir neçə fərqli sistemdən istifadə etmişik. Lakin müəlliflərdən bu göstəricilərlə bağlı qarışıqlığın aradan qaldırılmasını və real auditoriyalarını dəqiq başa düşmək istədiklərini eşitmişik. Buna görə də bu yeniliyi tətbiq edirik”, - deyə rəsmi açıqlamada bildirilib.

Qeyd olunub ki, yeni baxış hesablama sistemi məzmunun monetizasiyasına heç bir təsir göstərməyəcək.

Video müəllifləri üçün izləyicilərin cəlb olunma səviyyəsinin qiymətləndirilməsi ilə bağlı mövcud meyarlar qüvvədə qalacaq.