Yük maşını sürücülüyündən kirpik ustalığına: Ayda 7500 dollar qazanır
Maraqlı
Çində keçmiş yük maşını sürücüsü peşəsini dəyişərək kirpik ustası olub və hazırda ayda təxminən 7500 dollar gəlir əldə edir.
News24.az xəbər verir ki, “South China Morning Post”un məlumatına görə, Xiaofei adlı kişi əvvəlcə gözəllik salonu açıb. Lakin müştərilərinin çoxu onun evlərində xidmət göstərməsini istəyib. Başqalarının mənzilində işləmək əlverişsiz olduğundan o, avtomobilini səyyar gözəllik studiyasına çevirib.
Xiaofei prosedurdan əvvəl müştərilərə müxtəlif kirpik modellərinin necə görünəcəyini xüsusi proqram vasitəsilə nümayiş etdirir. Seçilən model avtomobilin ekranında göstərilir. Kirpiklərin uzadılması isə təxminən bir saat çəkir.
O, bir xidmət üçün 45-75 dollar arasında ödəniş alır. Bu məbləğ bazar qiymətlərindən yüksək olsa da, müştərilərin marağı davam edir.
Maraqlıdır ki, Xiaofei əvvəllər avtomobil mexaniki, qaynaqçı və yük maşını sürücüsü kimi çalışıb. Gözəllik sahəsinə marağı olsa da, gələcək həyat yoldaşının atası bu peşənin gəlirli olacağına şübhə ilə yanaşıb. Buna görə də o, bir müddət başqa sahələrdə işləyərək sabit gəlir əldə etməyə çalışıb.