Yuxu gördü, lotoreyada cekpot uddu
Maraqlı
Yuxusunda təsadüf nəticəsində zəngin birinə çevrildiyini görən qadının röyası gerçək olub.
News24.az xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətinin sakini Natalya Plexanova lotoreyada təxminən 23 milyon rubl cekpot udub. O, yuxusunda varlandığını görəndən sonra, yəni ötən ilin sonlarından etibarən lotereyalarda iştirak etməyə başlayıb. Müntəzəm olaraq axşamlar mobil tətbiq vasitəsilə biletlər alıb.
Uduş günü də qadın bir neçə bilet alıbmış. Onların hər biri kiçik məbləğlər qazandırıb, sonuncuya isə milyonlar dəyərində supermükafat düşüb.
Natalyanın sözlərinə görə, o, varlanacağını yuxusunda görübmüş və yaxın zamanda bunun real olacağına inanıb.
Qadın udduğu pulla böyük oğluna avtomobil almağa kömək etməyi, qalan məbləği isə daşınmaz əmlaka yatırmağı planlaşdırır.