"Zəngillik" və "yoxsulluq" geni: DNT əslində nəyə təsir edir?

"Zəngillik" və "yoxsulluq" geni: DNT əslində nəyə təsir edir? Maraqlı

"Zənginlik geni" və ya "yoxsulluq geni" anlayışı elmi baxımdan təsdiqlənməyib.

News24.az xəbər verir ki, bunu rusiyalı genetik Daniil Zadorojnı deyib.

Onun sözlərinə görə, maliyyə vəziyyətinin "qanla" ötürülməsi ideyası müasir genetikadan çox əvvəl yaranıb.

Amma insanın gəlir səviyyəsini yalnız DNT ilə izah etmək mümkün deyil.

Alim vurğulayıb ki, var-dövlət bioloji deyil, sosial göstəricidir. Ona təhsil, ailə mühiti, əmək bazarı, sağlamlıq, irs, yaşanılan yer, qanunvericilik və hətta təsadüfi hadisələr təsir göstərir. Heç bir gen insanı avtomatik olaraq varlı və ya kasıb etmir.

Bundan əlavə, eyni genetik xüsusiyyət müxtəlif şəraitdə fərqli nəticələr verə bilər.

Keyfiyyətli təhsil, ailə dəstəyi və təhlükəsiz mühit insanın həyat yolunu əhəmiyyətli dərəcədə dəyişə bilir.

Mütəxəssis qeyd edib ki, "tənbəllik geni", "istedad geni", "iradə geni" və ya "milyonçu geni" kimi anlayışların da elmi əsası yoxdur.

Müasir genetika yalnız müəyyən xüsusiyyətlərə meyli qiymətləndirə bilir, lakin insanın taleyini və gələcək maliyyə vəziyyətini əvvəlcədən müəyyən etmir.