Sərxoş qadın polisi dişlədi
    • 14-03-2019, 16:31
    • 1 017

Sərxoş qadın polisi dişlədi

Moskvada polis və sərxoş qadın arasında qəribə insident baş verib.

News24.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxtın qərb hissəsində yaşayan yerli sakin qonşuların şikayəti əsasında evə gələn polisə hücum edib. Polis 41 yaşlı qadını bölməyə aparmaq istəyərkən qarşı tərəf onun biləyini dişləyib. Bununla kifayətlənməyən sərxoş termometri qırıb və civəsini polisin üzərinə atıb. Digər polislərin olaya qarışması nəticəsində özündən çıxmış qadının müqavimətinin qarşısı alınaraq, polis bölməsinə aparılıb.

Rusiya DİN-i polisə müqavimət göstərdiyi üçün qadına cinayət işi açıb.