Bakı metrosunda retro qatarlar - FOTOSESSİYA - VİDEO

Bakı metrosunda retro qatarlar - FOTOSESSİYA - VİDEO
MARAQLI

19 mart 2019, 17:33

Mətn ölçüsü

Novruz bayramı ilə əlaqədar olaraq retro vaqonlardan ibarət qatar sərnişinlərin ixtiyarına veriləcək. Bunu News24.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, retro vaqonlardan ibarət qatarın muzey eksponeti kimi “İçərişəhər” stansiyada nümayiş olunacaq: “Yalnız bayram günlərində sərnişinlər vaqonlara minərək nostalji anlar yaşaya bilər. Həmçinin sərnişinlər xatirə şəkilləri belə çəkdirə bilərlər”. 

Qeyd edək ki, paytaxt əhalisi və şəhərimizin qonaqları martın 20-si və 21-də retro vaqonlara minmək şansı qazanacaqlar. 

Sevinc YASİNQIZI