Azərbaycanlı vloger “Gelandewagen” hədiyyə edəcək - FOTO
    • 20-03-2019, 15:13
    • 1 664

Azərbaycanlı vloger “Gelandewagen” hədiyyə edəcək - FOTO

Rusiyanın məşhur azərbaycanlı videobloqeri Hüseyn Həsənov təklifi ilə izləyicilərinin yenidən diqqətini çəkib.

News24.az
xəbər verir ki, vloger şəxsi instagram hesabında ənənəvi müsabiqə düzənləyib.

Onun müsabiqə şərtlərə əsasən izləyicilər şəxsi Instagram səhifələrinin “hekayə” bölməsində Hüseynin Instagram hesabını tag edib #геликподписчику #гусейн10млн yazmalıdır. Hüseyn iştirakçılar arasından seçim edərək, onlara 100 min rus rublu hədiyyə verib. 

Bununla yanaşı, yaxın günlərdə müsabiqə yolu ilə H. Həsənov şəxsi “Gelandewagen” avtomobilini izləyicilərindən birinə hədiyyə edəcək. Bunu onun Instagram hesabının “tarix” bölməsinə baxdıqda, aydın görmək olar.

Qeyd edək ki, bu, azərbaycanlı Hüseyn Həsənovun sosial şəbəkə hesabında keçirdiyi ilk və yeganə müsabiqə deyil. Bundan bir müddət əvvəl o, təşkil etdiyi müsabiqədə qalib olana özünün idarə etdiyi qırmızı rəngdə lüks “Ferrari” avtomobilini hədiyyə etmişdi.