Bu məşhur azərbaycanlı 17 yaşlı ukraynalı qıza “Gelandewagen” hədiyyə etdi - FOTO
    • 21-03-2019, 17:28
    • 2 281

Bu məşhur azərbaycanlı 17 yaşlı ukraynalı qıza “Gelandewagen” hədiyyə etdi - FOTO

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan məşhur azərbaycanlı vloger Hüseyn Həsənov instagram izləyiciləri arasında yeni müsabiqə təşkil etmişdi.

News24.az
xatırladır ki, vloger qalibə “Gelandewagen” markalı şəxsi avtomobilini hədiyyə edəcəyini söz vermişdi. 

H. Həsənov sözünün üstündə duraraq gecə 00:00-da müsabiqənin şanslı qalibinin adını açıqlayıb. Bu barədə o, şəxsi instagram hesabında məlumat verib.

Vloger milyonlarla izləyiciləri arasında ukraynalı 17 yaşlı tələbə Anastasiya Havrutskayanı qalib seçib. Hüseyn qalibi Moskvaya dəvət edərək, avtomobilin açarını ona təslim edəcəyini vurğulayıb.

Azər NƏSİBOV