Açıq-saçıq fotolarına görə müəlliməni məktəbdən qovdular - FOTO

Açıq-saçıq fotolarına görə müəlliməni məktəbdən qovdular - FOTO
MARAQLI

25 mart 2019, 11:58

Mətn ölçüsü

Rusiyanın Barnaul şəhərində yerləşən orta məktəblərin birində rezonans doğuran hadisə baş verib.

News24.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, məktəbin rus dili müəlliməsi Tatyana Kuvşinnikova açıq-saçıq fotolarına görə xalq arası mühakiməyə səbəb olub. Sosial şəbəkələrdə "bu cür ancaq fahişələr geyinir" yazaraq, onu alçaldıblar.

Sözügedən şəkillər məktəbdə də müzakirəyə çıxarılıb. Onun bu hərəkəti müəlliməyə yaraşdırılmayıb və şagirdlərə pis örnək kimi səciyyələndirilib.  Nəticədə müəllimə məcburi işdən çıxarılıb. 

Müəlliməni fevral ayında da eyni tərzdəki göl qırağında çəkdirdiyi şəkilə görə də məktəbdən qovmaq istəmişdilər. Hətta məktəb direktoru onu fahişə ilə müqayisə etmişdi. Lakin həmin ərəfədə valideyinlər onun müdafiəsinə qalxmışdılar. Son fotosu isə bütün Rusiyada müzakirəyə qoyulduğu üçün bu dəfə məktəbdən qovulması üçün kəskin qərar verilib.